İki variant var - ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu... | Eurasia Diary - ednews.net

11 Aprel,


İki variant var - ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu...

Dünya A- A A+

Ermənistanda baş nazir Nikol Paşinyanla silahlı qüvvələrin (daha doğrusu onun qalıqlarının) Baş qərargah rəisi, general Onik Qasparyan arasında indiki qarşıdurmadan iki çıxış yolu var. Bunlardan biri odur ki, ya Onik Qasparyan həbs olunacaq, ya da Nikol Paşinyan.

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bildirib. “Digər variant yoxdur və qərar hələ də general-polkovnik Onik Qasparyanın əlindədir”,-o deyib.

Xəbər verildiyi kimi Onik Qasparyan Baş qərargahın bir sıra zabitləri və korpus komandirləri ilə birlikdə bəyanat imzalayaraq Paşinyanın dərhal istefa verməsini tələb edib. Əvəzində Paşinyan onun vəzifədən azad edilməsi haqda təqdimatı prezidentə göndərib. Prezident Armen Sərkisyan təqdimatı imzalamayıb, eyni zamanda onun ləğvi üçün Konstitusiya Məhkəməsinə də müraciət etməyib. Nəticədə Qasparyan hələ vəzifəsində qalır və Paşinyan onu zərərsizləşdirməyin yollarını axtarır.

Müxalifət isə Qasparyanı müdafiə etmək üçün kütləvi aksiyalar keçirsə də gözlənilən izdiham-kritik kütlə toplamaq mümkün olmayıb. Bu da Paşinyanın ordunun təhdidlərini də neytrallaşdıra biləcəyinə dair qənaətin yaranmasına səbəb olub, hansı ki, Baş qərargahın qiyam qaldırmasından sonra onun daha hakimiyyətdə duruş gətirə bilməyəcəyi deyilirdi. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...