Şimali Koreya çərşənbə günü səhər saatlarında Vonsan şəhərinin şərq sahilindən iki orta mənzilli, ehtimala görə "Musudan" ballistik raketinin buraxılışını həyata keçirib.
İkinci raketin buraxılışını Cənubi Koreya uğursuzluq kimi dəyərləndirib.
"Reuters"in verdiyi xəbərə görə, ABŞ-ın strateji komandanlığı Yapon dənizində raketlərin düşməsini izləyib.
Raketlərin buraxılışı Şimali Amerika üçün təhlükə kəsb etmədiyi açıqlanıb.