Keçmiş siyasi fiqurdan yeni partiya - Ter-Petrosyan seçkilərə qatılır | Eurasia Diary - ednews.net

15 May, Şənbə


Keçmiş siyasi fiqurdan yeni partiya - Ter-Petrosyan seçkilərə qatılır

Dünya A- A A+

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Eurasia Diary-nin “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, EMK-nin yaydığı bəyanatda mayın 1-də partiyanın qurultayının çağırıldığı bildirilib.

“Erməni Milli Konqresinin qurultayında növbədənkənar parlament seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərar veriləcək. Əgər fors-major hal baş verməsə, Ter-Petrosyanın partiyası seçkilərdə böyük ehtimalla ayrı iştirak edəcək”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, martın 18-də Baş nazir Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. Parlamentdə seçki məcəlləsinə düzəliş layihəsi artıq təsdiq edilib. Layihəyə görə, parlament seçkiləri ancaq proporsional seçki sistemi əsasında keçiriləcək.
 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...