“ABŞ sanksiyalarla Tehrandan heç bir güzəşt əldə edə bilməyəcək” - İran XİN başçısı | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


“ABŞ sanksiyalarla Tehrandan heç bir güzəşt əldə edə bilməyəcək” - İran XİN başçısı

Dünya A- A A+

ABŞ sanksiyalar yolu ilə Tehrandan heç bir güzəşt əldə edə bilməyəcək.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Sanksiyalar vasitəsi ilə onlar güzəştlər əldə edə bilməyəcəklər. Onlar bu barədə düşünməyi dayandırmalıdırlar. Əgər onlar bu cür düşünməyi dayandırsalar, onda biz yoxlama mexanizmini işə salacağıq və sonra isə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə qayıdacağıq”, - deyə İran XİN başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...