ABŞ və Çindən birgə addım - İqlim böhranı üzrə bəyanat | Eurasia Diary - ednews.net

14 May, Cümə


ABŞ və Çindən birgə addım - İqlim böhranı üzrə bəyanat

Dünya A- A A+

ABŞ və Çin iqlim dəyişikliyinə qarşı mübarizəyə dair birgə bəyanatla çıxış edərək, Paris sazişinin reallaşdırılması üzərində işləməyə hazır olduqlarını bildiriblər.

TASS-dan verilən məlumata görə, ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanatda qeyd olunur ki, sənəd Şanxayda Amerika prezidentinin iqlim məsələləri üzrə xüsusi təmsilçisi Con Kerrinin çinli həmkarı Se Çjenhua ilə görüşündən sonra razılaşdırılıb.

“ABŞ və Çin bütün ciddiliyi ilə və təcili şəkildə həll edilməli olan iqlim böhranı məsələsində bir-biri ilə və dünyanın digər ölkələri ilə çalışmaqda sadiqdirlər. ABŞ və Çin Paris sazişinin reallaşdırılması məsələsində birgdə işləməkdə və başqa ölkələrlə də əməkdaşlıq etməkdə qəti qərarlıdırlar”, - sənədin mətnində belə deyilir.

Vaşinqton və Pekin xüsusilə planetdə istilik artım səviyyəsini 2 dərəcədən aşağı saxlamaq və bu rəqəmi 1,5 dərəcəyədək məhdudlaşdırmaq niyyətindədir.

Tərəflər, həmçinin 22-23 aprel tarixlərində ABŞ-ın maliyyələşdirdiyi iqlim sammitinin virtual formatda keçirilməsini də alqışlayıblar.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...