"Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır" - Volodimir Zelenski | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


"Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır" - Volodimir Zelenski

Dünya A- A A+

Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Ukraynanın dövlət başçısı Volodimir Zelenski söyləyib.

Zelenski qeyd edib ki, Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqla avropalı tərəfdaşları ilə irəliyə doğru birgə addımlayır.

“Ukraynalılar artıq Avropanın həyatına təsir göstərir. Avropanın gələcəyinin taleyi məhz bizim torpaqda həll olunur. Ukraynanın Avropa ölkələrinin birliyinə tam inteqrasiyasını təmin edəcəyik və bu, qitəmizdəki azadlıq, demokratiya və bərabərliyin təməl dəyərlərinin geniş miqyaslı tərəqqi və inkişafın əsas elementləri olduğunu göstərəcək”, - deyə Zelenski əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...