Fransa Prezidenti Emanuel Makron koronavirusun səbəb olduğu böhranın Avropanın çatışmazlıqlarını ortaya çıxardığını etiraf edib.
Eurasia Diary Bizim.Media-ya istinadən xəbər verir ki, Makron “Avropanın Gələcəyi” konfransında çıxışı zamanı bu fikirləri səsləndirib.
Avropaya qarşı tənqidlərin çox sayda olduğunu bildirən Makron, Avropa ölkələrinin pandemiyaya qarşı birlikdə mübarizə apardığını və bu birliyin minlələ insanın həyatını xilas etdiyini bəyan edib.
Fransa prezidenti, həmçinin ABŞ-la əməkdaşlığın önəmini də vurğulayıb. Avropanın lazımi səviyyədə cəld davranmadığını söyləyən prezident, ABŞ-dan nümunə götürməyin vacibliyini ifadə edib.