Fransada vətandaş müharibəsi alovlanır | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Fransada vətandaş müharibəsi alovlanır

Dünya A- A A+

Fransanın yüksək vəzifəli hərbçiləri ölkənin parçalanacağı barədə prezident Emmanuel Makrona xəbərdarlıq göndərib.

Eurasia Dairy Yeniavaz.com-a  istinadla xəbər verir ki, Fransa ordusu bir neçə gün əvvəl ölkənin dağılacağı barədə Makrona məktub göndərən təqaüddə olan generallara qoşulub. Belə ki, ordunun yüksək rütbəli hərbçiləri Fransanın bütövlüyünün təhlükə altında olduğunu deyib:

“Həmin hərbçi yoldaşlarımız (məktub göndərən generallar) hörmətə layiq olan döyüşçülərdir. Sağlam düşüncə ilə açıq bir məktub yaydılar. Hərbi qüvvələr olaraq ölkənin şəhər və kəndlərində şiddətin artdığını qeyd edirik. Fransaya və tarixinə nifrət artıb. Ölkədə artıq vətəndaş müharibəsi alovlanır”.

Qeyd edək ki, Fransada təqaüddə olan çox sayda general ölkənin dağılacağı barədə prezident Makrona məktub göndərmişdi. Həmin generallar dövlət çevrilişinə cəhddə günahlandırılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...