Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Azərbaycanın Ermənistana qarşı insan hüquqlarının pozulması ittihamı ilə bağlı şikayətinə baxılması haqqında qərar qəbul olunub.
"Avropa İnsan Haqları Məhkəməsinin palatasına daxil olan Azərbaycan Ermənistana qarşı dövlətlərarası şikayəti Məhkəmənin Böyük palatasının yurisdiksiyasına qəbul olunub", - deyə məlumatda bildirilib.