İsrail və Fələstin rəsmiləri BMT TŞ-nın iclasında iştirak edəcəklər | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


İsrail və Fələstin rəsmiləri BMT TŞ-nın iclasında iştirak edəcəklər

Dünya A- A A+

İsrail və Fələstin nümayəndələri, eləcə də BMT-nin Baş katibi Antoniu Quterriş bu gün Təhlükəsizlik Şurasının (TŞ) bölgədəki gərginliklə bağlı açıq iclasında çıxış edəcəklər.

TASS-dan verilən məlumata görə, bu barədə qurumdakı mənbə bildirib.

“İclasda Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən başqa Fələstin, İsrail, həmçinin İordaniya və Misir də daxil olmaqla bir sıra regional ölkələrin nümayəndələri iştirak edəcəklər”, - mənbə deyib.

Bu, Təhlükəsizlik Şurasının bir həftə ərzində Fələstin-İsrail məsələsinə dair sayca üçüncü iclası olacaq. Lakin iclas ilk dəfə olaraq açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək.

BMT Təhlükəsizlik Şurasının əvvəlki iclaslarında vəziyyətin deeskalasiyasına çağıran vahid bəyanatla çıxış etmək mümkün olmayıb.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...