Ukrayna XİN Bayden-Zelenski görüşünə hazırlaşır - Tarix açıqlandı | Eurasia Diary - ednews.net

1 Avqust,


Ukrayna XİN Bayden-Zelenski görüşünə hazırlaşır - Tarix açıqlandı

Dünya A- A A+

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və prezident Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.

Eurasia Diary xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Ukrayna-24” telekanalına açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Zelinskinin ABŞ-a səfəri zamanı Baydenlə, eləcə də bir sıra sigər vacib görüşlər planlaşdırılır.

Xarici İşlər Naziri əlavə edib ki, hazırda səfər hazırlıqlarına başlanılıb: “Özüm də daxil olmaqla böyük bir heyətlə səfər edəcəyik. Ən əsası artıq əsas razılaşmalar üzərində işləyirik”.

Xatırladaq ki, iyunun 7-də Ukrayna Prezidenti ABŞ lideri ilə telefon danışığı zamanı Baydendən Ağ Evə dəvət almışdı.

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...