“Mən gözləyirdim ki, Ermənistanda baş vermiş parlament seçkiləri nəticəsində bu qüvvələr parlamentdə təmsil edilmiş olsun”.
Eurasia Diary xəbər verur ki, bunu Rusiyada fəaliyyət göstərən Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Nikolay Benin deyib.
O qeyd edib ki, seçki kampaniyası ciddi şəkildə qütbləşmişdi və əslində Paşinyan-Köçəryan paradiqması ilə gedirdi.
“Paşinyanın dəyişdiyinə inanmıram, yaxşıya doğru bəzi dəyişikliklər istəyirsinizsə, kadr dəyişiklərindən başlamaq lazımdır”, - deyə Nikolay Banin bildirib.