Daşqınlar Belçikaya 10 milyard avrodan çox ziyan vurub | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Daşqınlar Belçikaya 10 milyard avrodan çox ziyan vurub

Dünya A- A A+

Belçikada iyulun 14-dən 16-na qədər davam edən daşqınlar ölkəyə 10 milyard avrodan çox zərər vurub.

Eurasia Diary “TASS”a istinadən xəbər verir ki, Valloniya bölgəsinin hakimiyyəti ilkin məlumatlar əsasında bu qənaətə gəlib.

Belə ki, Valloniya rəhbərliyi bu həftənin əvvəlində regionda bərpa işlərinə dəstək məqsədilə 2 milyard avro dəyərində yardım planı barədə qərar qəbul edib.

Qeyd edək ki, sözügedən bu təbii fəlakət Belçikada son 100 il ərzində qeydə alınan ən ciddi daşqınlar olub. Leysan yağışları səbəbindən baş vermiş daşqınlar nəticəsində bu ölkədə 32 nəfər həlak olub, daha 18 nəfər isə itkin düşüb.

Bununla yanaşı, 10 mindən çox ev dağılıb və yaxud zərər görüb. Həmçinin, təqribən 1,5 min ev susuz, 10,5 min ev işıqsız, 10 min ev isə qazsız qalıb.

Qafqazinfo.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...