Kreml Tunisdəki vəziyyəti izləyir və ümid edir ki, ruslar da daxil olmaqla turistlərin sabitliyini və təhlükəsizliyini heç nə təhdid etməyəcək.
Eurasia Diary RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd olunur ki, bir qədər əvvəl Tunis prezidenti Kaysa Səid baş naziri istefaya göndərib, parlamentin işini dayandırıb və ölkəni bürüyən hökumət əleyhinə etirazlar fonunda millət vəkillərini toxunulmazlıqdan məhrum edib. Səid qanun çərçivəsində hərəkət etdiyini və insanların tələblərinə cavab verdiyini vurğulayıb. Bundan sonra ordu parlament binasını mühasirəyə alıb.
"Əlbətdə ki, izləyirik, Tunisdən gələn xəbərləri izləyirik və əlbəttə ki, bu ölkədə vətəndaşların sabitliyini və təhlükəsizliyini heç bir şeyin təhdid etməyəcəyini də gözləyirik", deyə Peskov bildirib.