Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukrayna haqqında məqaləsinə cavab verib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, Zelenski Kiyev Rus dövlətini Ukrayna tarixinin anası adlandırıb. O, Ukraynanın orta əsr Avropasının ən güclü dövlətlərindən birinin varisi olduğunu deyib:
“Bunu tarixi traktatlarla, məqalələrlə təsdiqləməyə ehtiyac yoxdur. Ona görə ki, bizim sübutlarımız kağızda yox, metalda və daşlardadır. Miflərdə və əfsanələrdə yox, şəhərlərimizdə və küçələrimizdədir”.