Türk yanğınsöndürənləri bütün gecəni təxliyə edilən otellərin yaxınlığında növbətçilik ediblər.
EDNews.net Ren Tv-yə istinadən xəbər verir ki, xilasedicilər yanğının binalara keçməməsini təmin ediblər.
Yanğınsöndürənlər insanların təcili olaraq təxliyə edildiyi Marmarisdəki otellərdə bütün gecə növbə çəkiblər.
Alov Marmaris ətrafındakı İçmeler tətil zonasına yaxınlaşıb. Bir neçə gündür ki, yanğınsöndürənlər orada çalışsalar da, meşələrin sürətlə yandığı hələ də aydın görünür. Alov dağlardan yüksəkdir və ona yaxınlaşmaq çox çətindir. Bəzi insanlar yanğını müşahidə etmək üçün səhər 5-də bölgəyə gəlirlər.