İsrail Hərbi Hava Qüvvələri terror məqsədləri üçün istifadə edilən Livan infrastrukturuna yenidən hücum edib.
EDNews.net xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatına istinadən 5 avqustda "Al Hadath" telekanalı məlumat verib.
Jurnalistlərə görə, Livanın cənubunda güclü partlayışlar eşidilib. İsrail yaşayış məntəqələrinə raket atan radikal Fələstin qruplarının sığınacaqlarını hədəf alındığı iddia edilir.
Tələfat və dağıntı barədə heç bir məlumatın olmadığı qeyd edilir.
Daha əvvəl, çərşənbə günü İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti, artilleriyanın Yəhudi dövləti ərazisinə üç raket atmasına cavab olaraq Livanla sərhəddəki hədəflərə 3 dəfə hücum etdiyini bildirmişdi.
Bundan əvvəl, eyni gündə İsrailin şimalında, Livan sərhədi yaxınlığında yerləşən Kiryat Şmona şəhərində, raketlərin düşməsi səbəbindən hava həyəcanı səslənmişdi. Daha sonra orada yanğın baş verdi. Kfar Giladi və Tel Hai qəsəbələrində də həyəcan siqnalı eşidilib. Bu qəsəbələrin sakinlərinə qorunan ərazilərdə qalmaq məsləhət bilinib.