İsrail hərbi dəniz donanması özünün Qırmızı dənizdəki mövcudluğunu əhəmiyyətli miqdarda gücləndirib.
EDNews.net xəbər verir ki, bunu İsrailin donanmasının ehtiyatdakı vitse-admiralı Eli Şarvit deyib.
O, bu addımın İsrail gəmilərinə İran tərəfindən artan təhdidlə əlaqədar atıldığını bildirib:
“İranın dənizdəki fəaliyyəti gəmiçilik üçün əsas təhdiddir. İsrail dövləti öz gəmilərinin bütün dünyada azad hərəkətini müdafiə edəcək”.