Rusiya Krımda hərbi təlimlərə başladı | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Rusiya Krımda hərbi təlimlərə başladı

Dünya A- A A+

Krımda 2 000-ə yaxın əsgər və 100-dən çox döyüş və xüsusi texnikanın iştirakı ilə Novorossiski mühafizəçilərinin hava hücumları dağ diviziyasının artilleriya alayının genişmiqyaslı təlimlərə başlayıb. 

EDNews.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər üç gün ərzində Krımdakı Opuk poliqonunda keçiriləcək.

"Bölmələr zenit-raket, tank əleyhinə, alov qurğusu, artilleriya və snayper birləşmələri ilə birlikdə standart döyüş texnikası ilə canlı atəş təlimləri həyata keçirəcəklər",- deyə mətbuat xidmətindən bildirilib. 

Təlimlərdə AK-12 hücum tüfəngləri, Peçeneg pulemyotları, RPG-7D qumbaraatanları, 12.7 mm-lik Kord pulemyotu, Shmel RPO-D raketli piyada alov qurğusu, AGS-30 qumbaraatanları da daxil olmaqla müxtəlif növ silahlar iştirak edir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...