Ermənistanı tərk edənlərin sayı kosmik səviyyəyə çatıb - Erməni deputat - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Ermənistanı tərk edənlərin sayı kosmik səviyyəyə çatıb - Erməni deputat

Dünya A- A A+

İrəvandakı “Zvartnos” hava limanından 2021-ci ilin yanvar-avqust aylarında Ermənistanı 701 750 sərnişin tərk edib, 653 697 nəfər isə ölkəyə gəlib.

EDNews.net “Report”-a   istinadən xəbər verir ki, bu, hava limanının rəsmi məlumatıdır.

Bildirilib ki, son 7 ayda Ermənistandan 48 053 vətəndaş həmişəlik gedib.

Qeyd edək ki, “Hayastan” parlament fraksiyasının üzvü, deputat Vaqe Akopyan jurnalistlərə Ermənistanı tərk edənlərin sayının "kosmik səviyyəyə" çatdığını bildirib. Onun sözlərinə görə, Zəngəzurdan (Sünik) xaricə köç edənlərin sayı günbəgün artır. Deputat deyib ki, 2021-ci ildə Ermənistanı 110 min nəfər tərk edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...