Monteneqro Telman İsmayılova siyasi sığınacaq verib - ednews.net

5 Dekabr,

Monteneqro Telman İsmayılova siyasi sığınacaq verib

Dünya A- A A+

Həbsdə olan məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb.

EDNews.net-in xəbərinə görə bu barədə “Vijesti” nəşrinə biznesmenin vəkili məlumat verib.

Nəşrin yazdığına görə, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...