Ərdoğan təlimat verdi, 10 səfir "persona non-qrata" elan edilir - ednews.net

5 Dekabr,

Ərdoğan təlimat verdi, 10 səfir "persona non-qrata" elan edilir

Dünya A- A A+

Mən onların "persona non-qrata" elan edilməsi barədə təlimat verdim.

EDNews.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Yatırlar, qalxırlar, Kavala. Kavala Sorosun Türkiyə qoludur. Onun üçün Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu nə tərbiyəsizlikdir?

Türkiyəni tanıyacaq, anlayacaq, biləcəklər. Türkiyəni tanımadıqları, anlamadıqları gün buranı tərk edəcəklər", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirləri Türkiyəni Osman Kavalanı həbsdən azad etməyə çağırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...