Dünyanın gündəmində olan Osman Kavala kimdir? - ednews.net

5 Dekabr,

Dünyanın gündəmində olan Osman Kavala kimdir?

Dünya A- A A+

Son günlər bir neçə ölkə Türkiyədə Osman Kavalanın həbsxanada saxlanılmasına öz etirazını bildirib. Daha dəqiq desək, ABŞ da daxil olmaqla 10 ölkə casusluq və dövlət çevrilişində ittiham olunan Kavalanın azadlığa buraxılmasına çağırış edən bəyanat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyanat imzalayan  ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirlərinin “persona non qrata” elan edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə təlimat verib.

Bəs Türkiyənin və dünyanın gündəmini zəbt edən Osman Kavala kimdir?

EDNews.net “Qafqazinfo”-ya istinadən Kavala ilə bağlı bəzi məlumatları təqdim edir:

Osman Kavala 1957-ci ilin oktyabrın 2-si Parisdə anadan olub. O, İstanbulda Rober liseyinin, Orta Şərq Texniki Universitetinin, Mançester Universitetinin məzunudur. Kavala incəsənət qurumu olaraq fəaliyyətini davam etdirən “Anadolu Kültür”un təsisçisi və İdarə heyətinin sədridir.

O, 1982-ci ildə atası dünyasını dəyişdikdən sonra İstanbula geri qayıdıb və ailəsinin işlərini təhvil alıb. 

Kavala 2017-ci ilin noyabrın 1-də həbs olunub. O, 2013-cü ildə baş verən Gezi parkı hadisələri, 2016-cı ilin iyulun 16-sı dövlət çevrilişinə cəhdlərlə bağlı başladılan araşdırma nəticəsində həbs edilib. İş adamı Gezi parkı hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin “Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur.

Hazırda həbsxanada olan Kavala Corc Sorosun Türkiyə “təmsilçisi” olaraq qiymətləndirilir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Osman Kavalanı Sorosun “artığı” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...