Türkiyə Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər - Türkiyə XİN rəhbəri - ednews.net

27 Noyabr, Şənbə

Türkiyə Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər - Türkiyə XİN rəhbəri

Dünya A- A A+

“Çox güman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Qlazqoda görüşəcəklər”.

EDNews.net-in xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ABŞ haqsız şəkildə Türkiyəni F-35 proqramından çıxarıb, buna səbəb kimi isə Rusiyadan S-400-lərin alınması göstərilib.

XİN rəhbəri xatırladıb ki, Türkiyə F-35-lərin alınması üçün 1,4 milyard dollar ödəniş edib.

M. Çavuşoğlu qeyd edib ki, əgər ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa, Konqres bu işə əngəl törədərsə, Rusiyadan Su-35 və Su-57-lər alına bilər.

“Türkiyə heç vaxt çarəsiz qalmayıb. Alternativlərimiz var”, - türkiyəli nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...