“Delta”dan daha təhlükəli “Nu” variantı Vəziyyət gərginləşir, sərhədlər yenidən bağlanır

Dünya 21:13 26.11.2021

Koronavirusun yeni aşkarlanan Nu variantı ilə bağlı panika böyüyür. Bir neçə ölkə “qırmızı siyahıya” salınıb, sərhədlər yenidən bağlanılır. Koronavirus epidemiyasının bu günədək aşkarlanan variantları arasında “ən çox mutasiyaya uğramış variant” olaraq bilinən Nu variantı elm adamlarını da təşvişə salıb. Xüsusilə Afrika qitəsində narahatlıqlar davam edir.

EDNews.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər rəsmi olaraq B.1.1.529 kimi tanınan Nu variantı ilə bağlı açıqlama veriblər. Hələlik yoluxanların sayının az olmasına baxmayaraq bir çox ölkə Nu variantı ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb.

Yeni dalğaya səbəb ola bilər

Birləşmiş Krallıq Nu variantının ölkəyə keçməsinin qarşısını almaq məqsədilə Cənubi Afrikadan uçuşları dayandırmaq üçün tədbirlərə başlayıb. Britaniyanın Sağlamlıq sahəsində Təhlükəsizlik Agentliyinin açıqlamasında bildirilir ki, Nu variantı indiyədək qeydə alınanların ən narahatedici variantıdır. Nu Delta variantından daha böyük təhlükələrə yol aça və dünyada yeni dalğaya səbəb ola bilər. Böyük Britaniyanın “The Times” qəzeti səhiyyə naziri Sajid Javidə istinadən Botsvana, Namibya, Zimbabve, Esvatini və Lesoto ölkələri də daxil olmaqla Cənubi Afrikanın “qırmızı siyahıya” salınması üçün hazırlıqlara başlandığını yazıb. Bu ölkələrə səyahət qadağasının gündəmə gətirildiyi bir vaxtda Böyük Britaniyaya hər gün Cənubi Afrikadan 500-700 arası turistin gəldiyi məlum olub.

Sürətlə yayılır, dözümlüdür

Nu variantı ilə bağlı araşdırma aparan elm adamları bildiriblər ki, bu variant digərlərindən daha sürətli yayıla bilir, üstəlik müalicəyə tez təslim olmur. İlk olaraq Botsvana ve Honkonqda meydana çıxan Nu variantı alimləri davamlı PCR testinin həyəcanverici nəticələrindən sonra təşvişə salıb. Alimlər Nu variantının digər ölkələrdə də sürətlə yayıldığını müəyyən ediblər.

Avropa İttifaqından təcili zəng

Avropa İttifaqından Nu variantı ilə bağlı yeni açıqlama gəlib. Aİ Komissiyasının sədri Ursula von Der Leyen təcili fövqəladə qərarların qəbulu məsələsini gündəmə gətirərək, Cənubi Afrika ölkələri ilə Avropa ölkələri arasında uçuşların dayandırılmasının vacibliyini bildirib.

İsraildən açıqlama

Təşviş yaradan məlumatlardan sonra İsrail Səhiyyə Nazirliyi də Nu variantı ilə bağlı açıqlama verib. Nazirlik ölkədə Nu variantına yoluxmanın qeydə alındığını rəsmən təsdiqləyib. İsrailin nüfuzlu Haaretz qəzeti də ölkədə Nu variantının aşkarlanması ilə bağlı məlumat yayıb.

Almaniya da uçuşlarla bağlı məsələyə baxır

Almaniyanın Səhiyyə Nazirliyindəki mənbələr Reuters xəbər agentliyinə bildiriblər ki, cümə axşamından etibarən Cənubi Afrika ölkələrindən gələn uçuşların dayandırılmasına qərar veriləcək. Qərar cümə günündən tətbiq ediləcək. Hava yolu şirkətləri yalnız Cənubi Afrikada qalmış alman vətəndaşlarını daşıyacaq. Koronavirusa qarşı vaksin etdirənlər də daxil olmaqla Cənubi Afrika ölkələrindən qayıdanlar 14 gün karantində qalacaqlar. Almanyanın səhiyyə naziri Jens Spahn deyib ki, Nu variantı hamını narahat edir: “Təcili tədbirlərə başlanılmalıdır. Bu variantın Almaniyaya keçməsinin qarşısı alınmalıdır”.

Cənubi Afrikadan sərt reaksiya

İngiltərənin Cənubi Afrikaya uçuş qadağası ilə bağlı qərarına qarşı tərəfdən sərt reaksiya verilib. Cənubi Afrika Respublikasının hökümət rəsmiləri İngiltərənin qərarını “tələsik verilmiş qərar” kimi qiymətləndiriblər. CAR-ın Xarici işlər naziri Naledi Pandor bildirib ki, qərarın turizmə və ölkələrarası ticarətə təsir edəcəyindən narahatdırlar. Nazir ingilis həmkarları ilə danışacağını, qərara yenidən baxılmasını istəyəcəklərini də qeyd edib.

Nu variantında bir çox mutasiyadan əlamətlər var

Alimlər Nu variantında Beta variantındakı K417N ve E484A mutasiyalarının aşkarlandığını, mutasiyaların vaksinlərə qarşı dözümlü olduğunu da qeyd ediblər. Eyni zamanda, Delta variantında olan N440K və Nyu-York variantında olan S477N mutasiyaları da müşahidə edilib. Bir yandan da mütəxəssislər Nu variantında P681H ve N679K mutasiyalarını aşkarlandıqlarını, bu mutasiyaların çox nadir halda bir yerdə müşahidə edildiyini açıqlayıblar. Bu mutasiyalar vaksinə qarşı dözümlülüyü artırır. Nu variantında müşahidə edilən N501Y mutasiyası isə yayılmanın sürətlənməsinə təsir edir. Nu variantında eləcə də G446S, T478K, Q493K, G496S, Q498R və Y505H mutasialarının aşkarlandığı da rəsmi təsdiqlənib. Amma hələlik bu mutasiyaların nələrə səbəb olduğu ilə bağlı araşdırmalar yekunlaşmayıb. Ümumilikdə, Nu variantında aşkarlanan mutasiyalar antikorlardan qaçmağa kömək edir, peyvəndə qaşı güclü müqavimət göstərir, infeksiya sürətini artırır. Ümumdünya Səhiyyə Təşkilatı yeni variantla bağlı xəbərdarlıq edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı