İran səfiri Putinin xüsusi nümayəndəsilə nələrdən danışdı - ednews.net

28 Yanvar, Cümə

İran səfiri Putinin xüsusi nümayəndəsilə nələrdən danışdı

Dünya A- A A+

İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, Yəmən, Suriya, İraq və Livan da daxil olmaqla regional və beynəlxalq hadisələr müzakirə edilib.

Cəlali və Boqdanov regiondakı mühüm məsələlər üzrə iki ölkənin məsləhətləşmələri və əməkdaşlığının zəruriliyini, həmçinin bu istiqamətdə əlaqədar rəsmilərlə təmasların və görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu görüşdə Mixail Boqdanov Cəlaliyə İran və İraq səfəri ilə bağlı açıqlama verib.

Ötən həftə Tehrana səfər edən Rusiya xarici işlər nazirinin müavini Boqdanov İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və iqtisadi məsələlər üzrə vitse-prezident Möhsün Rezai ilə görüşlər keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...