Alma-Atada qanlı yanvar: şahid rus qoşunlarının meydana toplaşanları necə gülləbaran etdiyindən danışır

Dünya 10:50 10.01.2022
Yanvarın 6-da axşam saatlarında Alma-Atanın mərkəzi Respublika meydnanına toplaşmış etirazçılara atəş açanlar başdan ayağa qara geyimdə olublar, heç bir tanınma nişanı daşımayıblar və rusca danışıblar. Onlar heç bir xəbərdarlıq etmədən kütləyə pulemyotlardan və avtomatlardan atəş açmağa başlayıblar.
 
Bu barədə şahidlərdən biri, 64 yaşlı qazaxıstanlı siyasi fəal və insan haqları müdafiəçisi Meyrxan Abdumanapov “Azadlıq” radiosunun rus redaksiyasının xüsusi layihəsi olan sibreal.org-a danışıb.
 
 
O deyir ki, yanvarın 4-də Alma-Atada etirazlar başlayanda o meydana gedə bilməyib. Çünki şəhərdən 40 kilometr məsafədə, qəsəbədə yaşayır və Qazaxıstan hüquq-mühafizə orqanları hər dəfə olduğu kimi bu dəfə aksiyalar başlayanda fəalların evini nəzarətə götürmüşdü. Ona evdən çıxmağa imkan verilməmişdi. Yanvarın 5-də, günorta saatlarında hakimiyyət bütün ölkə boyu interneti kəsəndə Abdumanapov nəhayət Alma-Atanın mərkəzi meydanına gedə bilib. O bildirir ki, meydana çatanda orada insan seli vardı və şəhər administrasiyasının binası yanırdı. “Mən  toplaşanlardan soruşdum ki, kim bunu edib? Dedilər bilmirik, bir qrup adam girib binanı yandırdı. Bizə bina salamat lazım idi, çünki oranı qərargaha çevirmək istəyirdik”, - müxalifət fəalı deyir.
 
 
Abdumanapov bildirir ki, şəhərdə qarət hələ yanvarın 5-də axşam başlamışdı. 25-30 nəfərlik qrup mağazaların vitrinlərini sındırır, əllərinə keçəni daşıyıb aparırdı. O, həmin gün bir qrup gəncin dövlət televiziyasının da binasına daxil olub avadanlıqları sıradan çıxardıqlarını deyir. Bildirir ki, televiziyanın sıradan çıxarılması etirazçıların rabitə imkanlarını da əllərindən aldı və görünür kimlərsə toplaşanları barbar qismində qələmə verməyi planlaşdırmışdı.
 
Yanvarın 5-dən 6-na keçən gecə meydanda azsaylı etirazçılar qalıb, qalanlar evlərinə dağılışıblar. Meydanda qalanlar təhlükəsizlik qüvvələrinin gözlənilən hücumuna qarşı meydanı qoruyucu hasara alıblar. Ertəsi gün, yanvarın 6-da səhər saatlarında meydana hərbçilərlə dolu yük maşınları, bir neçə BTR və digər hərbi maşınlar yaxınlaşıb. Əsgərlər maşınlardan düşüb meydanı əhatəyə alıblar. Etirazçıların içərisindən bir neçə nəfər, o cümlədən Abdumanapov əllərinə ağ bayraq alaraq hərbçilərlə danışıqlara girməyə cəhd ediblər. Meydanı əhatələyən hasara yaxınlaşanda onlara xəbərdarlıq atəşi açılıb, bir nəfər yaralanıb.
 
 
“Sonra atəş dayandı. Bizə qazax dilində xəbərdarlıq etdilər ki, yaxınlaşmayaq. Amma öz aralarında 10-15 dəqiqə məsləhətləşdilər və içərlərindən bir zabit yaxınlaşdı, ad-soyadını dedi. Dedi bilirik qarətçilər kimdir, onlar sizlərdənd deyil. Nümayişi davam etdirə bilərsiniz, amma birdən sizin aranızda silahlı gənclər peyda olsa onları kənarlaşdırın. Dedi əgər onlardan kimsə mənim əsgərlərimə atəş açsa cavab atəşi açacağıq, nəticələrinə görə də cavabdeh deyilik”,- qazaxıstanlı fəal deyir.
 
Danışıq aparanlar etirazçıların düşərgəsinə qayıdıblar, məlum olub ki, bir neçə min nəfər arasında 4-5 silahlı var. Həmin silahlılardan meydanı tərk etmək tələb olunub və onlar gediblər.
 
 
“Daha sonra sakitlik oldu, axşam saat 7-yə qədər. Amma gün ərzində xəbərlər gəlirdi ki,  şəhərə əlavə qüvvələr gəlib: rus qoşunları və KTMT hissələri, belaruslar, ermənilər və s. Deyirdilər ki, onlar nümayişçilərə atəş açacaqlar. Amma biz buna inanmaq istəmirdik. Həqiqətən də hava qaralanda, saat təxminən 18.30 radələrində meydana tərəf üstündə pulemyotlar olan BTR-lər gəlməyə başladı. Əvvəlcə şərq, sonra qərb tərəfdən. Yaxınlaşan kimi pulemyotlardan atəş açmağa başladılar, heç bir xəbərdarlıq etmədən. İnsanlar hərə bir tərəfə qaçdı, mən azı 7 nəfərin yerə yıxıldığını gördüm. İki gənc, onlardan biri qız idi, artıq ölmüşdü. Daha bir nəfər yaşlı adam yaralandı, onu qaldırmağa çalışdım, bacarmadım. Bu vaxt güllələr lap yanımdan keçməyə başlamışdı. Təcili yardıma zəng vurdum  ki, gəlib yaralıları götürsünlər. Və biz meydanı tərk etməli olduq. Yolda minik maşını gördüm, mühərriki işləyirdi, içərisində güllələnmiş iki gəncin meyitləri vardı. Qaçıb həyətlərdə gizləndik, iki saatdan qonra qayıdıb gördük ki, ölənlərin meyitləri və yaralılar hələ də oradadır. Onları götürən olmayıb. Nə qədər adam öldü, dəqiq bilmirəm”, - Abdumanapov bildirir.
 
 
İnsan haqları müdafiəçisi deyir ki, onlar ikinci dəfə meydana qayıdanda həmin silahlılar yenə atəş açmağa başlayıblar. Nəticədə onlar yenidən meydanı tərk ediblər, bu dəfə birdəfəlik.
 
“Əsgərlərin heç birinin tanınma nişanı yox idi, başdan ayağa qara formada idilər. Əgər səhər saatlarında gələnlər bizimlə ancaq qazax dilində danışırdısa, o tərəfdə bizimkilər, qazaxlar idisə, axşam gələnlər ancaq rusca danışırdı. Səsgücləndiricilərdən ancaq rus dilində danışırdılar. Və hədələyici tonda: “Meydanı boşaldın, güllələyəcəyik!”. Qazax dilində bir kəlmə də demirdilər. Buradan da biz belə qənaətə gəldik ki, onlar rus qoşunlarıdır. Necə ki, gündüz bizə bu haqda xəbərdarlıq etmişdilər”, - Abdumanapov deyib.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı