Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var - FOTOLAR - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var - FOTOLAR

Dünya A- A A+

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə EDNews.net “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzanın qarlı hava şəraitindən baş verdiyi bildirilir.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...