Pentaqon Ukraynaya görə qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Pentaqon Ukraynaya görə qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

Dünya A- A A+

Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Lakin onların qitəyə göndərilməsi barədə qərar verilməyib.

Ednews APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Con Kirbi məlumat verib.
“müdafiə naziri Lloyd Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsini əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur”, deyə Krbi jurnalistlərə bildirib.

Kirbi əlavə edib ki, ölkə xaricindəki qoşunlar da yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...