Bu gündən etibarən Kiyev vilayətində şəhərətrafı qatarların hərəkəti məhdudlaşdırıldı.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat İdarəsinin mətbuat xidməti telegram kanalında məlumat yayıb.
Bildirilib ki, fevralın 25-dən etibarən Kiyev istiqamətindən hərəkət edən bütün qatar reysləri ləğv edilib.
Qeyd edək ki, qurum vətəndaşlardan sakitliklərini qorumağı və şəxsiyyəti təsdiq edən sənədi yanlarından ayırmamağı tövsiyyə edib.
Ülviyyə Fərhad