Aprelin 24-də İstanbulda bir kafedə silahlı hücum olub.
Ednews “Habertürk”a istinadən xəbər verir ki, nəticədə bir nəfər ölüb.
“Bağcılar kafesinə daxil olan şəxslər atəş açıb, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb”, - deyə məlumatda bildirilir.
Polis artıq hücumu təşkil edən və hadisə yerindən qaçan şəxsləri axtarır. İnsidentlə bağlı araşdırma başlanılıb.
Cinayəti törədənlərin motivləri məlum deyil.