“Visa” kompaniyası Rusiya ərazisində fəaliyyətini dayandırması səbəbindən 60 milyon dollar zərərə uğrayıb.
Ednews xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat kompaniyanın rüblük hesabatında yer alıb.
Məlumata görə, martın 31-də başa çatan üç aylıq dövrdə kompaniyanın gəliri illik müqayisədə 25 faiz artaraq 7,2 milyard dollara, xalis mənfəəti isə 21 faiz artaraq 3,6 milyard dollara çatıb.
Bununla yanaşı, kompaniya son üç və altı ay ərzində Rusiyadakı törəmə şirkətinin bağlanması nəticəsində 35 milyon dollar inzibati ziyana məruz qalıb. “Visa”, həmçinin Rusiya və Ukraynadakı əməkdaşlarına dəstək üçün 25 milyon dollar xərclədiyini xatırladaraq, son yarım ildə RF məkanında apardığı əməliyyatlardan yalnız 4 faiz gəlir əldə etdiyini vurğulayıb.