Belçikanın Deinze şəhərində bir evdə yanğın baş verib.
Ednews xəbər verir ki, yanğınsöndürənlər vəziyyətə müdaxilə etmək üçün hadisə yerinə gəlsələr də ev sahibi qadın aqressiv davranışlar nümayiş etdirərək onların işinə mane olmağa çalışıb.
Daha sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub və qadın nəzarətə götürüb.
Qeyd edək ki, yanğın söndürülsə də, qadının 50 yaşlı əri yanaraq ölüb.
Hadisə ilə bağlı dindirilən qadın məhkəmə zalında həbs edilib. Belçika prokurorluğu həbsin səbəbi ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, cütlüyün qonşuluğunda yaşayan şəxslər evdən tez-tez dava səsləri eşitdiklərini də bildiriblər.
Nəzrin Beydiyeva