İrəvanda Ermənistan müxalifət nümayəndələrinin Baş nazir Nikol Paşinyanın istefası tələbilə yenidən avtomobil yürüşləri keçirilir.
Ednews xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Avtomobillər İrəvanın mərkəzinə qədər irəliləyib.
Qeyd edək ki, aprelin 25-dən Ermənistanda müxalifət etiraz aksiyaları keçirir. Aksiya iştirakçıları Paşinyanın istefasını tələb edirlər.