Meksikanın Cuernavaca şəhərindəki Porfirio Daz parkında yeni asma körpünün açılış mərasimində bədbəxt hadisə baş verib. Belə ki, sözügedən körpü üzərində insanlar gəzdiyi anda dağılıb.
Ednews xəbər verir ki, hadisə nəticəsində körpünün üzərindəki insanlar yerə çırpılıblar. Cuernavaca Bələdiyyə rəisi Xose Luis Uriostegui və onun həyat yoldaşı da daxil olmaqla ümumilikdə 25 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Yaralılardan ikisinin vəziyyəti isə ağırdır.
Nəzrin Beydiyeva