Meksika ordusu Tekskaltitlan şəhərində narkotik karteli olan Familia Michoacana-ya qarşı əməliyyat keçirib.
Ednews xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğundan verilən açıqlamada əməliyyat zamanı kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma yaşandığı, 10 kartel üzvünün zərərsizləşdirildiyi, 7 kartel üzvünün isə həbs edildiyi bildirilib.
Həmçinin əməliyyat zamanı təhlükəsizlik qüvvələrindən 3 nəfərin yüngül xəsarət aldığı, yaralılardan 2-nin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Əməliyyat nəticəsində təhlükəsizlik qüvvələri Familia Michoacan kartelinə məxsus 5 avtomobil, 20 ədəd R-15 tipli uzun lüləli silah, çoxlu sayda tapança və hərbi texnika ələ keçirib.