Şinzo Abeni güllələyən keçmiş yapon əsgəri Tetsuya Yamaqami sui-qəsd cəhdindən əvvəl Yaponiya hökumətinin keçmiş rəhbərinin bir neçə ictimai çıxışında iştirak edib və hücum üçün uyğun anı gözləyib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb.
Dindirilmə zamanı həmin şəxs polisə bildirib ki, o, Abenin bir neçə ictimai çıxışında iştirak edib, lakin bu şəraiti hücum üçün yetərli hesab etməyib.
Yamaqami bazar günü prokurorlara təhvil verilib və Abenin qətlinə görə ona ittiham irəli sürülüb.