Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromu vurub - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromu vurub

Dünya A- A A+

Rusiya ordusu “Su-34” qırıcı-bombardmançılarından Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromuna raket hücumu həyata keçirib.

Ednews xəbər verir ki, bu barədə Mərkəzi Hava Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

“Bu gün, avqustun 16-da günortadan sonra Rusiya qırıcıları Belarus ərazisindən havaya təyyarələr qaldırıb. “Su-34” qırıcısında olan iki “X-59” idarəolunan raketlə hücum həyata keçiriblər” deyə məlumatda bildirilir.

Zərbə nəticəsində uçuş-enmə zolağı və bir neçə maşın zədələnib.

Komandanlıq qeyd edib ki, şəxsi heyət sığınacaqda olduğundan xəsarət alan olmayıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...