Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Ednews Türkiyə mətbuatına istinadən xəbər verir.
Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. "Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək", - Soylu bildirib.
Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib.
21:43
Türkiyədə ağır yol qəzası baş verib.
Ednews Türkiyə mediaya istinadən xəbər verir ki, hadisə Mardinin Derik rayonunda olub.
Qəza zamanı 8 nəfər ölüb, çoxlu sayda yaralının olduğu bildirilir.
Hərəkətdə olan “TIR” avtomobili yanacaqdoldurma məntəqəsinin qarşısındakı insanların üzərinə sürüb.
Hadisə baş verən zaman xilasedicilər başqa bir qəzanın fəsadlarını aradan qaldırmaq üçün ərazidə iş aprırdılar.
Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.