İraqda Sədr hərəkatının tərəfdarları ilə İrana bağlı proksi qüvvələri arasında baş verən silahlı toqquşmalarla əlaqədar olaraq İran vətəndaşları çarter reysi ilə təcili olaraq ölkələrinə qaytarılıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, İranın Aviasiya İdarəsinin rəis müavini bu barədə deyib: “Hazırda İrandan İraqa bütün uçuşlar müvəqqəti ləğv edilib və İrandan İraqa heç bir uçuş həyata keçirilmir”.