SpaceX yaxın illərdə Beynəlxalq Kosmik Stansiyaya astronavt və yük göndərmək üçün NASA ilə 1,4 milyard dollarlıq müqavilə imzalayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, astronavtlar Doug Hurley və Bob Behnkenin daxil olduğu Crew Dragon, SpaceX tərəfindən də hazırlanmış Falcon 9 raketi ilə Florida buraxılış mərkəzindən səməya uçublar.
2011-ci ildə Space Shuttle proqramını dayandırmalı olan NASA, o vaxtdan bəri astronavtları və digər kosmos tərəfdaşlarını Rusiyanın Soyuz kapsulları ilə Beynəlxalq Kosmik Stansiyaya daşıyıb.
Qeyd edək ki, SpaceX və NASA 30 may 2020-ci il axşam saatlarında yeni SpaceX Crew dragon kapsulu ilə iki astronavtı Beynəlxalq Kosmik Stansiyaya göndərmişdi.
Günay Babayeva