Rusiyada ticarət mərkəzində yanğın olub.
Ednews-un TASS-a istinadən verdiyi xəbərə görə, Ufada “Merkuri” ticarət mərkəzində yanğın binanın üçüncü mərtəbəsində başlayıb.
Daha sonra yanğın ticarət mərkəzinin damını da əhatə edib. Yanğın söndürülüb.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın 5,4 min kv.km sahəni əhatə edib.