Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Syudad-Viktoriya və Monterrey şəhərləri arasında sərnişin avtobusu və tez alışan maddənin olduğu yük maşınının toqquşaraq yanması nəticəsində azı 20 nəfər həlak olub.
Bu barədə Ednews xarici mətbuata istinadən xəbər verir.
Qəza nəticəsində hər iki avtomobil tamamilə yanıb, yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.
Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəzanın başvermə səbəbi açıqlanmır.