Şəlalənin suyunu rənglədilər - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Şəlalənin suyunu rənglədilər

Dünya A- A A+
Braziliyada ər-arvad kiçik şənlik üçün məşhur şəlalənin sularını rəngləyərək Tanqara da Serra bələdiyyəsinin sakinlərinin kütləvi nifrəti və sosial şəbəkələrdə təhqirlərlə üzləşiblər. Ednews bildirir ki, bu barədə "Mirror" yazır. Şəhər sakinlərinin qəzəbinə sosial şəbəkələrdə uşaq gözləyən ər-arvadın gender şənliyi keçirdiyi haqda video səbəb olub. Gələcək valideynlər Keyma-Pe çayındakı şəlaləni çirkləndirərək körpənin cinsiyyətini açıqlamaq qərarına gəliblər. Belə ki, kadrlarda görünüb ki, cütlük suları mavi rəngə çevrilən şəlalə fonunda əyləniblər. Bu rənq, cütlüyün oğlan uşağı olacağını bildirib. Qeyd olunub ki, şəlalə şəhər sakinləri arasında turizm və istirahət məkanı kimi tanınıb. Mato Qrosso ştatının hökuməti bildirib ki, xüsusi təftiş komissiyası boyaların ətraf mühitə vurduğu ziyanı öyrənəcək. Səlahiyyətlilər, həmçinin ekoloji cinayət təsdiqlənərsə, həyat yoldaşlarını məsuliyyətə cəlb edəcəklərini vəd ediblər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...