İraqda yeni prezident seçkiləri keçirilib.
Ednews “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, İraq parlamentində keçirilən sessiyanın ikinci turunda müstəqil namizəd Əbdüllətif Məhəmməd Camal Rəşid 162 səslə ölkənin yeni prezidenti olub.
Bildirilib ki, 329 yerlik parlamentin ikinci tur iclasında 269 deputat iştirak edib və səs verib.
Etibarlı səslərin 162-ni qazanan Rəşid and içərək vəzifəsinin icrasına başlayıb.