İraq Neft Nazirliyinin texniki departamentinin rəhbəri Əli Hammud bildirib ki, o, Rusiya şirkətlərinin İraqın neft yataqlarının işlənilməsi üzrə tenderlərdə iştirakına ümid edir.
Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.
"Hələ tədqiq edilməmiş neft blokları üçün tenderlərin yeni mərhələləri olacaq. Ümid edirəm ki, Rusiya şirkətləri bu istiqamətdə öz töhfələrini verəcəklər", - Əli Hammud qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın “Lukoil” şirkəti ilə birlikdə işlənilən İraqın Eridu neft yatağında ilkin hasilat 2025-ci ildə başlayacaq və hasilat gücü gündə təxminən 200 min barrelə çata bilər.