Bu qasırğa 156 nəfərin həyatına son qoydu - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Bu qasırğa 156 nəfərin həyatına son qoydu

Dünya A- A A+
Filippini vuran “Nalci” tropik qasırğasından 4,62 milyondan çox insan zərər çəkib.
 
Ednews-un məlumatına görə, Fəlakət riskinin azaldılması və onların idarə edilməsi üzrə Milli Şuranın dərc olunmuş hesabatına əsasən, təbii fəlakət nəticəsində 156 nəfər ölüb.
 
Qurumun məlumatına görə, 954 evakuasiya mərkəzində 1,02 milyon köçkün var. 355,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Azı 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 37 nəfər itkin düşüb. Ölkənin 13 regionunda daşqınlar və sürüşmələr də daxil olmaqla təbii fəlakətlər nəticəsində 1,57 min insident qeydə alınıb.
 
Qasırğa 31,5 min evə ziyan vurub, 3,1 mindən çox evi məhv edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...