Burkina-Fasoda bombanın partlaması 4 hərbçinin ölümünə səbəb olub.
Ednews xəbər verir ki, hadisə ölkənin şimalında silahlılar tərəfindən yola kustar üsulla hazırlanmış bombanın qoyulması nəticəsində baş verib.
Bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.
Hadisə nəticəsində ölənlərlə yanaşı, yaralı da ver. Belə ki, daha bir əsgər yaralanıb və onlara tibbi yardım göstərilib.
Baş Qərargah törədilən terror aktına görə məsuliyyət daşıyanların adlarını açıqlamayıb.