İranda son etiraz aksiyaları ilə əlaqədar 3 yəhudinin təhlükəsizlik orqanları tərəfindən həbs edildiyi bildirilir.
Ednews xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.
Məlumatda qeyd olunur ki, İran insan haqları müdafiəçilərinin də yaydığı məlumat İsrailin "Yerusəlim Post” qəzetində dərc edilib.
Bununla yanaşı, İsrailin "Kan" xəbər saytı da xəbəri təsdiq edərək, 3 yəhudidən birinin 20 gün saxlanıldıqdan sonra sərbəst buraxıldığını, digər ikisinin isə həbsdə saxlanıldığını bildirib.
Məlumatlarda həbs edilən yəhudilərin kimliyi və harada saxlanıldıqları barədə hər hansı açıqlama verilməyib.