“Airbus” Rusiya titanından imtina edir - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

“Airbus” Rusiya titanından imtina edir

Dünya A- A A+
“Airbus Defence and Space” şirkətinin baş direktoru Maykl Şolhorn “Airbus”ın bir neçə ay ərzində təyyarə istehsalında Rusiya titanının istifadəsini dayandıracağını açıqlayıb.
 
Ednews xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 
“Biz titan tədarükü məsələsində Rusiyadan ayrılmaq prosesindəyik. Bu məsələyə illər yox, aylar lazım olacaq. Hal-hazırda “Airbus” hələ də Rusiya titanının müəyyən faizini alır, lakin biz aydın şəkildə ondan müstəqil olmaq yolundayıq”, - Şolhorn deyib.
 
Onun sözlərinə görə, “Airbus” artıq hərbi texnika istehsalında Rusiya titanının istifadəsindən imtina edib, lakin indiyədək ondan mülki təyyarələr üçün istifadə etməkdə davam edir. “Airbus” Rusiyadan gələn titanı ABŞ və Yaponiyadan tədarüklə əvəz etməyi planlaşdırır.
 
Bununla belə, “Reuters” aydınlaşdırıb ki, yeni titan tədarükçülərinin sertifikatlaşdırılması prosesi illər çəkə bilər - bunlar aerokosmik sənayenin ciddi standartlarıdır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...